Dünən Gəncədə baş verən kütləvi zəhərlənmənin təfərrüatı məlum olub.
APA xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində keçirilən yas mərasimində baş verib.
Yas yerində səkkiz nəfər yedikləri yeməkdən sonra özlərini pis hiss ediblər. Dərhal həmin şəxslər zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər. Onlara yardım edilib, hazırda vəziyyətlərinin normal olduğu bildirilir.
Məlumata görə, zəhərlənənlərin arasında azyaşlılar da var. Hadisə ilə bağlı araşdırma aparılır.
Eyni zamanda, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) xəstəxanaya yerləşdirilərin vəziyyətini açıqlayıb.
Bildirilib ki, bu gün saat 18 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub:
"Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir".
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























