Kürdəmirdə magistral su boru xətti partlayıb, 6 kənd susuz qalıb

Kürdəmirdə magistral su boru xətti partlayıb, 6 kənd susuz qalıb

Kürdəmirdə magistral su boru xətti partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb.

Report-un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 31-ci km-də, rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, diametri 500 mm olan boru partlayıb.

Qəza yerinə Kürdəmir su və meliorasiya sistemlərinin istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Xatırladaq ki, magistral su boru xətti bundan əvvəl martın 27-də də partlamışdı.

Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21 min sakinini içməli su ilə təmin edir.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.07.13

2026.07.12

2026.07.11

2026.07.10

2026.07.09

2026.07.08

2026.07.07

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az