Bakıda rusca filmlər kinoteatrları başına aldı

Bakıda rusca filmlər kinoteatrları başına aldı

Azərbaycan kinoteatrlarında nümayiş olunan əksər xarici filmlərin əsasən rus dilində dublyajla təqdim edilməsi tamaşaçılar arasında narazılıq yaradıb. Hətta orijinal dili ingilis olan filmlər də rus dilində səsləndirilir. Eyni zamanda, Azərbaycan dilində təqdim olunan subtitrların keyfiyyəti də müzakirə mövzusudur.

Məsələ ilə bağlı xalq şairi, Azərbaycan Dil Qurumunun rəhbəri Sabir Rüstəmxanlı Kult.az -a açıqlamasında bildirib ki, bu, qətiyyən doğru hərəkət deyil.

“Yalnız türk dilində olan filmlər bizdə dublyaj olunmamalıdır. Lakin dünyanın harasından gəlirsə gəlsin, qalan bütün filmlər Azərbaycan kinoteatrlarında göstərilirsə, dublyaj olunmalıdır. Bu, müstəqil dövlətçiliyin əsas tələblərindən biridir. Müstəqil dövlətçilikdə boşluq buraxmaq olmaz.

Əgər sən boşluq buraxsan, o boşluğu düşmən qüvvələr doldurar. Filmlər dublyaj olunmadan gedirsə, bu, o sahədə çalışan məmurların, bu sahəyə başçılıq edənlərin birbaşa günahıdır”, - o qeyd edib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.07.10

2026.07.09

2026.07.08

2026.07.07

2026.07.06

2026.07.05

2026.07.04

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az