Son vaxtlar mətbuatda Nizami Tibb Mərkəzində bəzi qanunsuzluqlar barədə məlumatlar yayılıb.
Baku TV son sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan iddiaları yerində araşdırmaq üçün Nizami Tibb Mərkəzində olub. Belə ki, tibb müəssisəsinin əməkdaşı Bəhruz Nəsirov rəhbərlik tərəfindən öz ərizəsi ilə işdən çıxmağa məcbur edildiyini iddia edir.
Məsələdə adı hallanan Nizami Tibb Mərkəzinin şöbə müdiri Samir Məmmədov çəkiliş aparıldığını görərək əvvəlcə açıqlama verəcəyini bildirsə də, sonradan fikrini dəyişərək müsahibə verməkdən imtina edib.
Hüquqşünas Şamil Paşayevin sözlərinə görə, işçinin işə qəbulu və işdən azad olunması Əmək Məcəlləsinin tələblərinə uyğun həyata keçirilməlidir:
"İşəgötürənin sadəcə olaraq işçi ilə işləmək istəməməsi onun işdən çıxarılması üçün əsas ola bilməz. İşçidən istənilən vaxt "öz ərizənlə işdən çıx" tələbini irəli sürmək qanun pozuntusudur. İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən, əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin əmək müqaviləsinə xitam verilməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilirlər. Bu hallarla bağlı işçi Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya məhkəməyə müraciət edə bilər".
Mövzu ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən araşdırma başlanılıb. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























