Yevlaxda 91 yaşlı qadın evinin həyətində baş verən qəzada ağır yanıq xəsarətləri alaraq ölüb.
Azerbaycanpolisi.az "Report"a istinadla xəbər verir ki, faciə Xaldan kəndində baş verib.
İlkin məlumata görə, tək yaşayan yerli sakin Zümrüd Əhmədova (1935-ci il təvəllüdlü) su qızdırmaq üçün həyətdə od yandırıb. Paltarları alovlanıb və nəticədə ağır yanıqlar alıb.
Zərərçəkən xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.
Azerbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































