Bakıda mənzildə ata və 13 yaşlı oğlu dəm qazından ölüb, digər övladı zəhərlənib.
Dünən saat 16:40 radələrində Nəsimi rayonu, 20 Yanvar küçəsi ərazisindən dəm qazından zəhərlənmə səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.
Azerbaycanpolisi.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 20 Yanvar küçəsində mənzildə yaşayanlar 1974-cü il təvəllüdlü Əbülfəz Abıyev, onun oğlu 2013-cü il təvəllüdlü Kamran dəm qazından zəhərlənərək ölüblər.
Bildirilib ki, hadisə yerindən bir nəfər, ailənin digər övladı 2005-ci il təvəllüdlü Nurlan zəhərlənmə əlaməti ilə xəstəxanaya çatdırılıb. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub: "Ona dəm qazının toksiki təsiri diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir".
Kamran Abiyevin Nəsimi rayonundakı 247 nömrəli orta məktəbin yeddinci sinif şagirdi olduğu da bildirilir. Məktəb rəhbərliyi onun ölümünü sosial media səhifəsində elan edib.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























