Quba rayonunun Alekseyevka kəndində məktəbli qızın meyiti aşkarlanıb.
Azerbaycanpolisi.az “Shimal.News”-a daxil olan məlumata istinadla xəbər verir ki, hadisə mayın 29-da baş verib.
Belə ki, Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin 9-cu sinif şagirdi, 15 yaşlı Rabiyyə Abdullayevanın meyiti yaşadığı evdə tapılıb.
Qeyd edək ki, Rabiyyə idman sahəsində əldə etdiyi nailiyyətlərlə də tanınıb. O, taekvondo üzrə 55 kq çəki dərəcəsində keçirilən Respublika çempionatında III yerə layiq görülüb. İddialara görə, valideynləri son vaxtlarda onun idmana olan marağından narazı imiş.
Hadisə məktəb kollektivində və kənd sakinləri arasında dərin üzüntüyə səbəb olub. Bu səbəbdən məktəbdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilməsi planlaşdırılan bütün tədbirlər ləğv edilib. Sinif yoldaşlarının da baş verən hadisədən ciddi şəkildə təsirləndiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Azerbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































