Məşhur avtomobil elan saytlarından birində gördüyü nəqliyyat vasitəsini almaq istəyən vətəndaş dələduzluqla üzləşdiyini iddia edir.
“Yeni Sabah”ın xəbərinə görə, şikayətçi Əvəz Cabbarov Baku TV-yə deyib ki, mayın 19-da internetdə yerləşdirilən avtomobil elanı ilə maraqlanıb.
Elanda avtomobil üçün 6 500 manat ilkin ödəniş və 30 ay müddətinə aylıq 515 manat kredit ödənişi nəzərdə tutulduğu qeyd olunub. Ə.Cabbarov bildirib ki, satıcı ilə əlaqə saxladıqdan sonra avtomobilə baxmaq üçün göstərilən ünvana gedib.
“Avtomobilin sahibi olduğunu deyən şəxs mənə bildirdi ki, maşın atasının qapısındadır. Gedib baxdıq, bəyəndik. Daha sonra onun atası məndən ümumilikdə 1 115 manat pul aldı. Məqsəd ilkin alqı-satqı müqaviləsi bağlamaq idi. Çünki avtomobili kreditlə almaq istəyirdim. Lakin kredit məsələsi gündəmə gələndən sonra həmin şəxslərlə əlaqə saxlaya bilmədim", - deyə o qeyd edib.
Şikayətçinin sözlərinə görə, hazırda avtomobil etibarnamə əsasında onun istifadəsində olsa da, sonradan ortaya çıxan başqa bir şəxs nəqliyyat vasitəsinin əsl sahibinin özü olduğunu iddia edib.
“Bir nəfər ortaya çıxıb dedi ki, avtomobilin sahibi mənəm. Bildirdi ki, mənim beh verdiyim şəxsləri tanımır. Həmin şəxslərlə isə artıq heç bir əlaqə saxlamaq mümkün deyil”, - deyə Ə.Cabbarov əlavə edib.
Məsələ ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparıldığı bildirilir.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































