Ağsu rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Azerbaycanpolisi.az “Report”un Yuxarı Şirvan bürosunun məlumatına istinadla xəbər verir ki, hadisə Ağsu şəhərinin Tofiq İsmayılov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb.
Belə ki, “VAZ 2106” markalı avtomaşının sürücüsü, Ağsu rayon sakini Nazim Abışov həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq hasara çırpılıb.
Qəza zamanı avtomobildə olan Ağsu sakini Rövşən Əzizbəy oğlu Əmirov hadisə yerində ölüb, sürücü N.Abışov isə ağır bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Azerbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































