Biləsuvarda sahibsiz itin hücumuna məruz qalan azyaşlının son vəziyyəti məlum olub.
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından Report-un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 02.04.2026-cı il tarixində saat 08:30 radələrində Biləsuvar rayonunda baş verən it hücumu səbəbilə xəsarət alan 2017-ci il təvəllüdlü (kişi) azyaşlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona sağ baldırın dişlənmiş yarası diaqnozu təyin olunub.
Pasiyentə zəruri tibbi xidmət göstərilib, quduzluq əleyhinə vaksin tətbiq olunub və ambulator müalicə üçün evə buraxılıb.
xxx
Biləsuvar rayonunda azyaşlı sahibsiz itin hücumuna məruz qalıb.
Hadisə Biləsuvar şəhərinin mərkəzi hissəsində qeydə alınıb.
Rayon sakini, 10 yaşlı Y.Q məktəbə gedən zaman it ona hücum edib. Nəticədə azyaşlı ayaq nahiyəsindən xəsarət alıb.
Yaralıya Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında quduzluğa qarşı vaksin vurulub.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































