Şəmkir rayonunun Könüllü kəndində dava nəticəsində 2 nəfər xəsarət alıb.
Report xəbər verir ki, 1970-ci il təvəllüdlü Şəlalə Əhmədova və oğlu - 1994-cü il təvəllüdlü Güləddin Həmzəyev döyülüb.
İlkin məlumata görə, hadisəni onların həmkəndlisi törədib. Tərəflər arasında borc üstündə düşən dava ana-oğulun döyülməsi ilə nəticələnib.
Daha sonra G. Həmzəyevə məxsus "VAZ 2106" markalı maşına da zərər verilib.
Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbir görülür.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































