İranın İsrailə endirdiyi hava hücumu nəticəsində ölənlərdən biri Cəlilabad rayonunun Həsənabad kənd sakinidir.
Teleqraf xəbər verir ki, 1986-cı il təvəllüdlü Amid Əligüllah oğlu Murtuzov üç övlad atasıdır.
Tikinti sektorunda çalışan Murtuzov həm də İsrail vətəndaşıdır. O, Təl-Əviv şəhərində ailəsinin iştirakı ilə dəfn edilib.
18:36
İranın İsrailə avia-zərbələri nəticəsində iki azərbaycanlı - Amid Murtuzov və Rüstəm Qulamov həlak olub. "Yerusalim.post" xəbər verir ki, Amid Murtuzov Azərbaycan və İsrail vətəndaşıdır.
Hər iki şəxs Yehud şəhərinə kasetli bombanın düşməsi nəticəsində ölüblər. Onlar tikinti sahəsində eyni yerdə işləyibilər.
Azərbaycanın İsraildəki səfirliyinin yaydığı məlumata əsasən, Amid Murtuzov İsrailin Petax Tikva şəhər sakini olub və uzun illər öncə ailəsi ilə birlikdə Bakıdan köçüblər.
“Mərhumun ailəsinə və doğmalarına səbir diləyir, başsağlığı veririk. Allah rəhmət eləsin!”, - səfirliyin məlumatında qeyd olunub.



Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
























































