Baku TV-yə müraciət edən şikayətçi Sevil Mustafayeva iddia edib ki, sadə diş problemi ilə stomatoloqa müraciət etsə də, nəticədə sağlam dişləri və çənə siniri zədələnib.
"Yeni Sabah" xəbər verir ki, onun sözlərinə görə, həkim düzgün diaqnoz qoymayıb və aparılan müdaxilə ciddi fəsadlara səbəb olub.
Zərərçəkən bildirib ki, hadisə Bakı şəhərində yerləşən "Arash Estetic" klinikasında baş verib və müalicəni həkim Sənan Xankişiyev həyata keçirib. Vətəndaşın sözlərinə görə, qoyulan implantlar çənə sinirinə zərər verib.
"Qoyduğu implantlar sinirimi zədələyib. Məhkəmə-tibbi ekspertizası qərəzli rəy verir. Sənan Xankişiyev mənə saxtalaşdırılmış diaqnozlu, köhnə tarixli sənəd təqdim edərək özünü müdafiə etməyə çalışır. Halbuki əlimdə klinikaya müraciət etdiyim tarix var. Mənə guya çənə çürüməsi diaqnozu qoyulub. Amma digər həkimlər köhnə disklərimi görmədən belə həmin problemlərin məndə olmadığını təsdiqləyirlər. Hazırda sinirlərimi hiss etmirəm, çeynəmə prosesim demək olar ki, yoxdur. Sağlam dişlərimi çıxarıb məhv ediblər. Bu prosesə təxminən 13 min manat xərcləmişəm, onun yarısını kart vasitəsilə ödəmişəm. Sənan Xankişiyev isə ümumiyyətlə gördüyü işlə bağlı maraqlanmır, mənim nə vəziyyətdə olduğumu soruşmur və heç bir bərpa tədbiri görmür", - deyə şikayətçi bildirib.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























