11 fevral tarixində saat 19:07-də ADY-yə məxsus qatar Abşeron dairəvi marşrutunun Pirşağı-Sumqayıt hissəsində hərəkətdə olarkən yola qəfil insan çıxıb.
ADY-dən verilən məlumata görə, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Əməkdaşlar tərəfindən əraziyə dərhal təcili tibbi yardım briqadası çağırılıb.
Hadisə ilə əlaqədar qatarın hərəkətində yubanma qeydə alınıb.
ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.
Qeyd edək ki, hadisə nəticəsində təxminən 50 yaşlarında kişi aldığı ağır xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































