İmişlidə yanan evdə meyiti tapılan şəxsin qətlə yetirildiyi ehtimal edilir.
APA xəbər verir ki, Qaradonlu kənd sakini, 1957-ci il təvəllüdlü Sədrəddin Fərəcovun qətlə yetirildiyi, daha sonra evin yandırıldığı bildirilir.
Məlumata görə, faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, İmişli rayon sakininə məxsus 3 otaqlı evdə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğın yerinin kəşfiyyatı zamanı kişi meyiti aşkarlanıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon mərkəzinə yerləşdirilib. Ölən şəxsin həmin evdə kirayədə yaşayan İmişli rayonunun Qaradonlu kənd sakini, 1957-ci il təvəllüdlü Sədrəddin Qüdrət oğlu Fərəcov olduğu müəyyən edilib.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































