ABŞ-ın hərbi gəmisində baş verən yanğında xəsarət alanların sayı 59-a çatıb

ABŞ-ın hərbi gəmisində baş verən yanğında xəsarət alanların sayı 59-a çatıb

ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərindəki hərbi-dəniz bazasında dayanan "Bonhomme Richard" hərbi gəmisinin göyərtəsində baş verən yanğında xəsarət alanların sayı 59 nəfərə yüksəlib.

Mediainfo.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Sakit Okean donanmasının su səthi qüvvələrin idarəsi "Twitter" səhifəsində xəbər verib.

Bildirilir ki, xəsarət alalnların 23 mülkü şəxs, 36-sı isə hərbçidi. Bütün xəsarət alanlara tibbi yardım göstərilib

ABŞ-ın Sakit Okean donanmasının su səthi qüvvələrin idarəsi daha əvvəl 57 xəsarət alan barədə məlumat verib. Yanğın hələ də söndürülməyib.

Gəminin min nəfərdən çox şəxsi heyəti var, lakin hadisə başlayan zaman göyərtədə yalnız 160 hərbçi olub.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az