İranda davam edən etiraz aksiyaları zamanı Təbrizin “Traktor” klubunun (2009–2011) keçmiş futbolçusu (yarımmüdafiəçi) Müctəba Tarşizin həyat yoldaşı ilə birlikdə öldürüldüyü bildirilir.
Azerbaycanpolisi.az “Bakupost.az”a istinadla xəbər verir ki, sosial şəbəkələrdə, xüsusilə Telegram və “X” platformalarında yayılan məlumatlara görə, hadisə İranın Şahi şəhəri (indiki Qaimşəhər) yaxınlığında aksiyalarda təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında yaşanan qarşıdurma zamanı baş verib. Paylaşımlarda 48 yaşlı Müctəba Tarcizin və həyat yoldaşının odlu silahla qətlə yetirildiyi bildirilir.
Məlumatlarda vurğulanır ki, ölkənin tanınmış futbolçulardan Müctəba Tarşiz bir müddət əvvəl Təbriz “Traktor” klubunun heyətində çıxış edib.
Hazırda hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən açıqlama verilməyib. Sosial şəbəkələrdə isə hadisənin detalları ilə bağlı fərqli versiyalar yayılmaqdadır.
İranda etiraz aksiyaları fonunda son günlər ölənlərin sayı ilə bağlı məlumatlar artmaqda davam edir.
Cütlüyün iki qızı var.
Azerbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































