Bakıda fəaliyyət göstərən “Xaçapuri Baku” restoranında aşpaz kimi çalışan 2008-ci il təvəllüdlü S.Məmmədli soyğunçuluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilib.
News24.az xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Araşdırmalar zamanı müəyyən olunub ki, S.Məmmədli işdən sonra evə qayıdarkən iki dəfə taksi sifariş edib. Sabunçu rayonunda yaşadığı evin yaxınlığına çatdıqda isə sürücülərə hücum edərək onların mobil telefonlarını ələ keçirib və hadisə yerindən qaçıb. Zərərçəkən iki taksi sürücüsü polisə müraciət edib.
İstintaq zamanı məlum olub ki, S.Məmmədli soyğunçuluq yolu ilə əldə etdiyi mobil telefonları “Lalafo” platformasında satışa çıxararaq satıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılaraq həbs edilib. Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə təqsirli bilinən S.Məmmədliyə 3 il azadlıqdan məhrumetmə cəzası təyin olunub. Lakin yaşı nəzərə alınaraq cəza şərti hesab edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























