Monteneqroda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan vətəndaşı həyatını itirib.
Azerbaycanpolisi.az Bakupost.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında (25 dekabr) 26 yaşlı Tariverdi Nəciyev Bijelo Pole–Moykovats magistralında, Sliyepats Most yaşayış məntəqəsi ərazisində qəzaya düşüb.
Monteneqronun Bar şəhərinə məxsus nömrə nişanlı, “Audi A6” markalı avtomobilin sürücüsü naməlum səbəbdən idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılıb.
Hadisə yerinə Bijelo Pole yanğın-xilasetmə xidməti cəlb olunub və yaralı avtomobildən çıxarılaraq təcili şəkildə Bijelo Pole Xəstəxanasına çatdırılıb. Lakin Nəciyevin həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, meyitin Monteneqro Klinik Mərkəzində məhkəmə-tibbi ekspertizadan keçirilməsi planlaşdırılır.
Qəzanın səbəbləri araşdırılır.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























