İşıqforda başlayan dava qəza ilə bitdi - Video
9 İyun 12:22
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi ürək tutmasından vəfat edib.
Ailəsi APA-ya bildirib ki, Müşfiq Fəttayev Mirmehdi oğlunun vəziyyəti bu gün saat 20:00 radələrində maşında olarkən pisləşib. Ailəsi onu dərhal Sumqayıtdakı xəstəxananın təcili yardım şöbəsinə aparıb. Tibbi yardımlara baxmayaraq, Müşfiq Fəttayev vəfat edib.
Müşfiq Fəttayev Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olub.
Azerbaycanpolisi.az