Ötən il Laçının Pircahan kəndində “Falcom” MMC-də baş verən və bədbəxt hadisə zamanı həyatını itirən şirkətinin fəhləsi, rayonunun Qarakeçdi kənd sakini Elgün Əhmədovun ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb.
Teleqraf-ın məlumatına görə, Laçın Rayon Məhkəməsinin hökmünə əsasən, ehtiyatsızlıqdan betonqarışdıran qurğunun içində qalan Elgünün ölümünə səbəb olan 1989-cu il təvəllüdlü Kərim Kərimov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Məlum olub ki, beton verildikdən sonra Elgün Əhmədov qurğunu təmizləmək üçün betonqarışdıranın içinə daxil olub. O ifadəsində bildirib ki, qurğunu işə salan düyməyə təmizləmək üçün toxunub. Bu zaman çöldən qışqırıq səsləri eşidib. O, qurğunun içində adam olmasından xəbəri olmadığını ifadəsində qeyd edib.
Hadisədən sonra Elgün betonqarışdıran qurğudan çıxarılıb və çağırılan həkim onun artıq öldüyünü bildirib.
Qeyd edək ki, hadisə vaxtı şirkətin rəhbəri Dünyamalı Orucov olub. Onu daha sonra Sərdar Alıyev əvəzləyib.
“Falcom” şirkəti işğaldan azad edilmiş ərazilərdə tunellərin və körpülərin tikintisi işinin aparılması, bu tikintilərə tələb olunan betonun təmin edilməsi üçün beton istehslı fəliyyətini həyata keçirir.
Azərbaycanpolisi.az
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
Gəncədə qadın bıçaqlanıb, əri şübhəli bilinir
Gürcüstanda azərbaycanlı ana 7 yaşlı oğlunu bıçaqlayaraq öldürüb, sonra intihara cəhd edib














.jpg)


















.jpg)















