Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə-Sədərək yolunda avtomobilin yanması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az -ın sorğusuna cavab olaraq bildirilib ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın tez bir zamanda söndürülüb.
Hadisə nəticəsində “Dongfeng Aeolus E 70” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yanğınsöndürənlər avtomobilin içərisindən sürücünün yanmış meyitini aşkar ediblər. Yol boyu yerləşən kommunal xətlər yanğından mühafizə olunub.
Azerbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































