Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına, terrora yönələn açıq çağırışlar edən 1998-ci il təvəllüdlü Qusar sakini Kamran Tahircalın məhkəmə prosesi başa çatıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, tarix müəllimi işləyən K.Tahircal 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İşin hallarına gəlincə, 25 yaşlı müəllim Qusarda kəndlərin birində olarkən orada yerləşən hərbi hissənin fotosunu çəkərək vatsapda üzv olduğu “Viridünyadin Lezqiyar” (Bütün dünyanın ləzgiləri) qrupuna göndərib və “Ləzgistan” dövlətinə birləşdirilməsi məqsədilə həmin hərbi hissənin partladılmasına dair çağırışlar edib.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Tarix-Coğrafiya” müəllimliyi ixtisası üzrə ali təhsil alıb. Universiteti bitirdikdən sonra 2023-cü ilin noyabr ayından etibarən Qusar rayonunda müqavilə əsasında müəllim işləyərək Azərbaycan dilində tarix fənnini tədris edib.
Qrupda “gəlin hərbi hissəni partladaq” yazan təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirib ki, şəkli göndərəndən sonra 1 ay qrupda qalıb, sonra oradan çıxıb. O, özünü göstərmək üçün belə bir addım atdığını söyləyib, əslində, belə fikirdə olmadığını dilə gətirib.
Tarix müəllimi törətdiyi əməldən peşman olduğunu deyib. Məhkəmə isə onu Cinayət Məcəlləsinin 214-2 və 281.2-ci maddələri üzrə təqsirli bilib.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































