İşıqforda başlayan dava qəza ilə bitdi - Video
9 İyun 12:22
Mərhumun döyüş yoldaşı Aydın Fətiyev bildirib ki, Şahbala döyüşlərdə böyük fədakarlıq göstərib:
“Şahbala Ağdam, Suqovuşan və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Cəsur və mərd oğlan idi, Vətən üçün canını əsirgəmirdi,” – deyə Aydın Fətiyev bildirib.
Qeyd edək ki, qəza Quba–Xaçmaz yolunun Qubanın Alekseyevka kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, Şahbala Mehdiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobilin sükanına nəzarəti itirib və nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb.
Gənc sürücü aldığı ağır xəsarətlər nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.
Azərbaycanpolisi.az