İşıqforda başlayan dava qəza ilə bitdi - Video
9 İyun 12:22
Rusiyada azərbaycanlı yeniyetmə qətlə yetirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Rusiyanın Krasnoyarsk diyarının Şaripovo şəhərində yerləşən kafelərin birində qeydə alınıb.
İlkin məlumata görə, münaqişə zəminində əslən azərbaycanlı olan 17 yaşlı, Cəlilabad rayon sakini İsmayıl Balafər oğlu Fətəliyev bıçaqla qətlə yetirilib.
İsmayıl Fətəliyevin ölümü ilə bağlı axtarışda olan şəxs saxlanılıb.
Faktla bağlı müvafiq istintaq komitəsi araşdırma aparır.
Mərhum nəşi doğmalarının yaşadığı Cəlilabad rayonuna gətirilərək dəfn ediləcək.
Azerbaycanpolisi.az