Tiflisdə qrup halında zorakılığın təşkili və iştirakında ittiham olunan Manana Giorqobiani saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
İstintaqla müəyyən edilib ki, noyabrın 2-də gecə saatlarında Manana Giorqobiani Tiflisdəki supermarketlərdən birində çalışan 2006-cı il təvəllüdlü T.M. və 2004-cü il təvəllüdlü E.M. adlı işçiləri təhqir edib. Bundan sonra o, tanışı 1996-cı il təvəllüdlü C.Ç. adlı şəxslə əlaqə saxlayıb. Həmin şəxs bir neçə nəfərlə hadisə yerinə gəlib, onlar supermarketin iki əməkdaşını küçəyə çıxarıblar və fiziki zorakılığa məruz qoyublar.
Hüquq-mühafizə orqanları cinayət əməlinin altı iştirakçını müəyyən ediblər. Cinayətdə əli olan digər şəxslərin yerlərinin müəyyən olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq istintaq tədbirləri davam etdirilir. Törədilmiş cinayət əməlinə görə 9 ilədək həbs cəzası nəzərdə tutulur.
İctimai fəal Samirə Bayramova APA-ya bildirib ki, döyülən gənclər azərbaycanlılardır, biri Dmanisi, digəri isə Qaraçöp bölgəsindəndir:
“Hər ikisi ağır xəsarətlər alıb. 2006-cı təvəllüdlü gəncə kəllə-beyin travması diaqnozu qoyulub və ona bir aylıq yataq rejimi tövsiyə edilib”.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























