Bakıda küçə itinə yemək verən qadın DÖYÜLDÜ

Bakıda küçə itinə yemək verən qadın DÖYÜLDÜ

Bakıda qadın evinin qarşısında döyülüb.

Lent.az xəbər verir ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, 44 yaşlı İbrahim Əhmədov evinin qarşısında bir qadının itə yemək verdiyini görərək, ondan iti dərhal oradan uzaqlaşdırmasını tələb edib:

"Həmin it qonşuda toyuq-cücələri yediyinə görə qadından tələb etdim ki, iti də götürüb uzaqlaşsın. Qadın israrla bunu etməyəcəyini dedikdə, daş götürüb itə atdım. Bu zaman o, əlindəki mobil telefonla məni çəkərək "Allah bəlanı versin, heyvan düşməni" dedi. Həmin vaxt evdən çıxan həyat yoldaşım təhqir olunduğumu eşidəndə mübahisə böyüdü və onlar bir-birinin saçını yolub vurmağa başladılar. Mən onları aralamaq istəyəndə gördüm ki, yerə düşən telefon qırılıb. Hirsimdən cihazı yerə çırpdım".

Nəticədə İbrahim Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 157 (döymə) və 232-1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə protokol tərtib olunub.

Səbail Rayon Məhkəməsinin qərarı ilə İbrahim Əhmədov haqqında 500 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

2026.04.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az