Göygöldə fermadan oğurluq hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, rayonun Hacıməlik qəsəbəsi yaxınlığında yerləşən “Muraz” kəndli fermer təsərrüfatına gecə saat 02:20-də gələn maskalı şəxslər 62 baş xırdabuynuzlu heyvanı – ana qoyunları oğurlayaraq naməlum istiqamətə aparıblar.
Təsərrüfat sahibi Mahir Tağıyevin sözlərinə görə, oğurluq hadisəsi təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Məsələ ilə əlaqədar Göygöl RPŞ-yə müraciət edilib. Polis hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Hazırda fermada 70-dək südəmər quzu təsərrüfatın işçiləri tərəfindən əllə yemlənir. Təsərrüfat sahibi bildirib ki, analarının tapılmayacağı təqdirdə quzuların sağ qalmaq ehtimalı azdır.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































