İşıqforda başlayan dava qəza ilə bitdi - Video
9 İyun 12:22
Paytaxtın Pirallahı rayonunda yaşlı moped sürücüsünün ölümü ilə nəticələnən ağır qəza baş verib.
Oxuməni.az-ın APA-ya istinadən məlumatına görə, 1991-ci il təvəllüdlü Eldar Səttarov idarə etdiyi “Toyota Aqua” markalı avtomobillə 1938-ci il təvəllüdlü Hacı Ağayevin idarə etdiyi mopedlə toqquşub.
Hacı Ağayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qəza ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Azerbaycanpolisi.az