Sentyabrın 23-ü Astara rayonunda toy karvanının qarşısını kəsərək magistral yolda sıxlığa səbəb olan və ictimai asayişi pozan bir qrup şəxs məsuliyyətə cəlb edilib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Təngərüd kəndindən Balaca Şahağacı kəndinə gəlin gətirilərkən bəyin bir neçə dostu yolda avtomobilin qarşısını kəsib.
Belə ki, onlar yolun hərəkət istiqamətində dayanaraq gəlin maşınının qarşısını kəsib musiqiyə yüksək səs veriblər, eləcə də arxadan gələn digər avtomobillərin də yolun hərəkət istiqamətində dayanmasına şərait yaradıblar. Bu zaman maşınlardan enən bir neçə nəfər yolun ortasında əllərində rəngli tüstü tutaraq magistralın ortasına masa qoyublar. Masanın ətrafında dizləri üstə nərdtaxta adlanan oyun çərçivəsini açıb bəyin maşından düşərək onlara yaxınlaşmasını, toy şirinliyi kimi pul vermələrini istəyiblər. Bununla da arxadan hərəkət edən toy karvanına aidiyyəti olmayan digər avtomobillərdəki şəxslərin dayanaraq onları gözləməsinə zəmin yaradıblar. Bu da digər vətəndaşların narazılığı ilə nəticələnib.
Eyni zamanda həmin anın görüntülərini “TikTok”da paylaşaraq sosial müzakirələrə səbəb olublar.
Aparılan araşdırma zamanı magistral yolu kəsən şəxslərin 1977-ci il təvəllüdlü S.M., 1996-cı il təvəllüdlü F.G., 2001-ci il təvəllüdlü A.A. və 2002-ci il təvəllüdlü E.Q. olmaları müəyyən edilib. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilib.
Astara Rayon Məhkəməsinin qərarı ilə 4 nəfərin hər birinə 4 sutkalıq inzibati həbs verilib.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































