Bakıda kafedə müğənni ilə ofisiant qadın dava edib.
Oxu.Az xəbər verir ki, hadisə Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən obyektdə baş verib.
Kafenin sahibi Rəhman obyektdə ofisiant işləyən Tamara Məmmədova ilə sevgili olub. Daha sonra onların münasibəti soyuduğundan Tamara işdən çıxıb, başqa yerdə işləməyə başlayıb. Rəhman isə kafeyə müğənni kimi gələn Gülşən adlı qadınla sevgi münasibəti qurub.
Bir gün Rəhman dostları ilə birlikdə kafedə yeyib-içərkən keçmiş sevgilisi Tamaranı obyektə dəvət edir. İçki məclisində onların arasında mübahisə yaranır və Rəhman Tamaranı təhqir edir.
Hadisə zamanı kafedə müğənnilik edən Gülşən də mübahisəyə müdaxilə edir və nəticədə Tamara ilə Gülşən arasında dava yaranır. Qadınar bir-birinə xəsarət yetirirlər.
İttihama görə, hadisə zamanı Gülşən stolda olan pivə bakalını Tamaranın başına çırpır.
Hadisə yerinə polis əməkdaşları gəlirlər və faktla bağlı cinayət işi başlanır.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsini düz vermədiyini bildirib. Tamara Rəhmanı Gülşənə qısqandığı üçün ibtidai istintaqda qəsdən Gülşənin onu bakalla vurduğunu yazıb.
Prosesdə məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs bəraət alıb və cinayət məsuliyyətindən azad edilib.
Azərbaycanpolisi.az
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
Gəncədə qadın bıçaqlanıb, əri şübhəli bilinir



















.jpg)


















.jpg)









