İşıqforda başlayan dava qəza ilə bitdi - Video
9 İyun 12:22
Ağdam rayonunun Şıxlar kəndi ərazisində mina hadisəsi baş verib.
Oxuməni.az “apa”-ya istinadən xəbər verir ki, hadisə nəticəsində ehtiyatda olan gizir Səyyaf Əhmədov həyatın itirib.
Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Qeyd edək ki, kəşfiyyatçı olmuş Səyyaf Əhmədov "Gizir Xanı" ləqəbi ilə tanınıb.
Məlumata görə, 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Səyyaf Fiqan oğlu Əhmədov minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub. Onun nəşi ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Azerbaycanpolisi.az