İşıqforda başlayan dava qəza ilə bitdi - Video
9 İyun 12:22
Tovuzda ağır yol-nəqliyyat hadisəsi olub.
Yenisabah.az xəbər verir ki, qəza rayonun Əlimərdanlı kəndi ərazisində baş verib.
Belə ki, "Toyota Prius" avtomobili "Opel" markalı avtomobillə toqquşub.
Qəza zamanı 1989-cu il təvəllüdlü Zaur Mehdiyev və 2002-ci il təvəllüdlü Ağası Məmmədov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta ağırdır.
Qeyd olunub ki, xəsarət alanlar taksi fəaliyyəti göstəriblər.
Faktla bağlı araşdırma başlanılıb.
Azərbaycanpolisi.az