İşıqforda başlayan dava qəza ilə bitdi - Video
9 İyun 12:22
Naxçıvanda Şahbuz rayonunun Ayrınc kəndindəki istirahət mərkəzlərindən birinin ərazisində faciəli hadisə baş verib.
Yerli “Nuhçıxan” nəşrinin məlumatına görə, istirahət mərkəzindəki gölməçənin üzərindəki platforma aşmış və nəticədə iki ailə üzvü həlak olmuşdur. Ailənin daha bir üzvü yaşadığı şokdan xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Avtomobillə xəstəxanaya gedən digər ailə üzvləri qəzaya düşüb. Qəza nəticəsində Naxçıvan şəhər sakinləri - 1983-cü il təvəllüdlü Tural Hüseynov və onun oğlu Nicat Hüseynov (2007-ci il təvəllüdlü) xəsarət alıblar.
Hər iki şəxs Naxçıvan Respublika Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Azerbaycanpolisi.az