Sentyabrın 2-də səhər tezdən Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində fərdi yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Haqqin.az-ın verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin qüvvələri hadisə yerinə cəlb olunub. Bir müddət sonra yanğın tam söndürülüb və yanğınsöndürənlər onun qonşu evlərə keçməsinin qarşısını alıblar.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın nəticəsində ikimərtəbəli fərdi yaşayış binasının (hər mərtəbəsi 40 kv.m) yanar konstruksiyaları, həmçinin bitişik ikimərtəbəli fərdi yaşayış binasının dam örtüyü (hər mərtəbəsi 40 kv.m) yanıb. Yanğın yerinə baxış zamanı 2 meyit aşkar edilib. Müvafiq qurumlar hadisənin başvermə şəraitini araşdırır.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























