Azərbaycanda zəncirvari qəza: Xəsarət alanlar var

Azərbaycanda zəncirvari qəza: Xəsarət alanlar var

Cəlilabadda zəncirvarı yol nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə zəncirvarı qəza Cəlilabad rayonunun “Süd zavodu” adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin sürücüsü idarəetməni itirərək hərəkətdə olan avtomobilə çırpılıb. Ardınca “Mercedes”, “Hyundai” və “VAZ 2107” markalı avtomobillər də bir birləri ilə toqquşub.

Qəza nəticəsində “VAZ 2107”də olan iki sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

2026.04.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az