Astarada bədbəxt hadisə nəticəsində 72 yaşlı kişi ölüb.
Teleqraf xəbər verir ki, hadisə rayonun Qamışoba kəndi ərazisində, Xəzər dənizinin sahilində qeydə alınıb.
Astara rayonunun Bala Şahağac kənd sakini, 1953-cü il təvəllüdlü Xudaverdi Ağarza oğlu Məmmədov dənizdə boğulub.
İlkin ehtimala görə, X.Məmmədov suda olarkən ürəktutması keçirib və boğulub. Onun cansız bədənini sahildə çimən digər sakinlər aşkar edərək sudan çıxarıblar.
Araşdırma zamanı müəyyən edilib ki, X.Məmmədov fiziki qüsurlu (lal və kar) olub. Şəxsi əşyaları hadisə yerindən təxminən 100 metr aralıda aşkarlanaraq götürülüb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























