Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan türkiyəli qəssaba hökm oxunub.
Qaynarinfo xəbər verir ki, 6 avqust 1993-cü ildə Türkiyənin Bursa şəhərində anadan olmuş T.B. barəsində Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri ilə cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, T.B. Bursa şəhərində qəssab işləyib və orada törətdiyi cinayət əməlinə görə ötən ilin avqust ayında saxta sənədlərlə Azərbaycana gəlib.
Xırdalan şəhərində kirayə ev tutan təqsirləndirilən şəxs həyat yoldaşı R.Ç. və 2 övladını Türkiyədən Bakıya gətirərək, birlikdə yaşayıblar. 16 aprel 2025-ci il tarixdə həyat yoldaşının və övladlarının Azərbaycanda müvəqqəti qalma müddəti bitdiyi üçün onları Bakı-İstanbul reysi ilə Türkiyəya göndərib.
Özü isə işləmək üçün Miqrasiya Xidmətindən icazə ala bilmədiyinə görə, Gürcüstana getmək qərarına gəlib. O, əldə etdiyi saxta pasportla Gürcüstan sərhədinə keçmək istəyərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmənin qərarı ilə T.B.-yə 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Azərbaycanpolisi.az
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































