Çaqqallar kəndi oylaqlarına çeviriblər. Gecə-gündüz demədən həm sakinlərə, həm də digər canlılara hücum edirlər. Cəlilabadın Şatırlı kənd sakinləri son günlərdə çaqqal hücumlarının artdığını bildiriblər.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, sakinlərin sözlərinə görə, çaqqalların ev quşlarına tamah salması əvvəllər də olub. Lakin bu yay hücumların intensivliyi artıb. Ehtimal olunur ki, meşələrdə yem çatışmazlığı buna səbəb olub. Sonuncu hücumda isə kənd sakini olan qadın çaqqalı öz əlləri ilə zərərsizləşdirib.
Son insident həm də insan xəsarətləri ilə nəticələnib. Çaqqal hücumu zamanı Aygün Orucova, Südabə Rüstəmova və Coşqun Əlili müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisədən sonra kənddə çaqqallara qarşı tədbirlərin gücləndirilməsi müzakirə olunub.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























