İstanbulun Esenyurt rayonunda taksi sürücüsü gənc qıza qarşı zorakılıq edib.
Yenisabah.az xəbər verir ki, piyada keçidindən istifadə etmək istəyən qızla taksi sürücüsü arasında mübahisə yaranıb. Qız sürücünün şəklini çəkib və bu zaman sürücü avtomobildən düşərək ona yumruq atıb. Zərbədən sonra qız yerə yıxılıb və huşunu itirib.
Ətrafdakı insanlar dərhal müdaxilə edərək qıza kömək göstərib və hadisə yerinə təcili yardım çağırılıb. Yaralı qız xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır, sürücünün kimliyi müəyyən edilib və onu tapmaq üçün əməliyyat başlanıb. Hadisə anı isə ətrafdakılar tərəfindən mobil telefonla qeydə alınıb.
Azərbaycanpolisi.az
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































