Qaxda "Vito" aşıb.
Unikal.az xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Qax rayonunun Əmbərçay kəndindən keçən hissəsində baş verib.
Belə ki, Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Elşən Eldar oğlu Abdullayev idarə etdiyi "Vito" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yol kənarına aşıb.
Hadisə zamanı sürücü Elşən Eldar oğlu Abdullayev və onun atası 1955-ci il təvəllüdlü Eldar Əbülfəz oğlu Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Təcili Tibbi Yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, 1955-ci il təvəllüdlü Eldar Abdullayevin vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanpolisi.az
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































