Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə bir nəfər batıb.
“Report”un xəbərinə görə, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə müvafiq məlumat daxil olub.
Departamentin məlumatına görə, hadisə su üzərində ən yaxın xilasetmə məntəqəsindən təxminən 1 km aralıda, nəzarətsiz zonada baş verib.
Məlumatla əlaqədar Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin (uşaq) axtarışları başa çatıb.
Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Oxuməni.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, tapılan meyit “Zirə” futbol akademiyasının üzvü Fərid Şahverdiyevə məxsusdur.
Qeyd edək ki, o, U-16 komandasının futbolçusu olub.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























