Gürcüstanda Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndindəki "Mərasim evi"ndə kənddəki mövcud problemlərlə bağlı keçirilən görüş zamanı insident baş verib.
Oxu.Az aktual.ge-yə istinadən xəbər verir ki, görüş zamanı Qızılhacılı kənd sakini, Marneuli 4 saylı ictimai məktəbin direktor müavini Əhməd Babakişiyev kənddəki infrastruktur, yol və içməli su problemlərindən danışıb. O, bu problemlərlə bağlı kəndin deputatı Ceyhun Çovdarovu və Marneuli meriyasının nümayəndəsi Sədrəddin Talıbovu günahlandırıb.
Onun sözlərinə görə, nə deputat, nə də meriyanın nümayəndəsi bu məsələləri Marneuli Bələdiyyə Məclisində qaldıra bilir və kəndin qeydinə qalır.
Görüşə qatılan Qızılhacılı deputatı Ceyhun Çovdarov və mer nümayəndəsi Sədrəddin Talıbov onlara qarşı Əhməd Babakişiyev dilə gətirdiyi mövzuları qəbul etməyib və gördükləri işlərdən danışıb.
Sorğu-sual şəklində davam edən müzakirə zamanı kənd sakinlərindən biri sərt ifadələrlə Ceyhun Çovdarovu təhqir edib. Cavab olaraq, Ceyhun Çovdarov masada olan çayniki həmin şəxsə atıb. Bundan sonra dava baş verib.
Daha ətraflı video xəbəri təqdim edirik:
Azerbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































