Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxuməni.az -ın “Report”-a istinadla verdiyi xəbərə görə, 1965-ci il təvəllüdlü Rizvan Vaqif oğlu Abasovun idarə etdiyi “Kia Rio” markalı avtomobil 1993-cü il təvəllüdlü Təbriz Əlləz oğlu Baxışzadənin idarə etdiyi “Skoda Rapid” markalı avtomobillə toqquşub.
Toqquşma nəticəsində “Kia Rio”nun sürücüsü R.Abasov hadisə yerində ölüb. Onun oğlu, 1991-ci il təvəllüdlü Kənan Rizvan oğlu Abasov, həmçinin "Skoda Rapid"in sürücüsü T.Baxışzadə və onunla birlikdə avtomobildə olan sərnişinlər - 1986-cı il təvəllüdlü Rahib Sahib oğlu İsmayılov, 1961-ci il təvəllüdlü Nazim Vahab oğlu Əliyev və 1995-ci il təvəllüdlü Qurban Saqif oğlu Qurbanov müxtəlif dərəcəli xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə çatdırılıblar.
Faktla bağlı cinayət işi açılıb.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































