Gəncə şəhərində baş vermiş partlayış nəticəsində ağır yanıq xəsarətləri alan şəxs müalicə olunduğu xəstəxanada vəfat edib.
APA xəbər verir ki, 1958-ci il təvəllüdlü şəhər sakini Ş.Musayev bu gün səhər saatlarında Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Toksikologiya Mərkəzində dünyasını dəyişib.
İyulun 4-də Nizami Gəncəvi prospektində yerləşən fərdi yaşayış evlərindən birində partlayışla müşayiət olunan yanğın hadisəsi baş verib.
Hadisə nəticəsində ev sahibi Ş.Musayev müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq əvvəlcə Gəncə şəhərindəki xəstəxanaya, daha sonra isə vəziyyətinin ağırlığı səbəbilə Bakı şəhərinə təxliyə edilmişdi.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanpolisi.az
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































