İyulun 10-da Ağdərə rayonunun Həsənqaya kəndində minanın partlaması nəticəsində bir mülki şəxs xəsarət alıb. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyindən (ANAMA) verilən məlumata görə, partlayış minalardan təmizlənməmiş ərazidə baş verib.
Zərərçəkən rayonun Şıxax kənd sakini, 1979-cu il təvəllüdlü Qulu Tufan oğlu Quliyevdir. O, mal-qara otararkən piyada əleyhinə minaya basıb, nəticədə sol ayağından ağır xəsarət alıb.
Zərərçəkmiş dərhal Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və ona tibbi yardım göstərilib. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və ANAMA-nın mütəxəssisləri işləyir. Hadisənin bütün hallarının müəyyən edilməsi üçün Tərtər Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























