Füzulidə baş verən ağır yol qəzası nəticəsində 3 nəfər ölüb.
Oxuməni.az “Oxu.Az”-a istinadən verdiyi məlumatına görə, rayon ərazisində "Mercedes", "KİA" və "Opel" markalı minik avtomobillərinin zəncirvari toqquşması baş verib.
"Hadisə iyunun 24-də saat 20:55 radələrində Füzuli rayonu, 6 saylı Qayıdış qəsəbəsi ərazisində baş verib. Rayonun Yal Pirəhmədli kənd sakini Ceyhun Vaqif oğlu Qurbanovun (1986-cı il təvəllüdlü) idarə etdiyi "Mercedes-Benz" markalı 19-BJ-135 dövlət qeydiyyat nişanlı avtomobil, Cəlilabad rayon sakini Elçin Fail oğlu Mirzəyevin (1984-cü il təvəllüdlü) idarə etdiyi “Opel” markalı avtomobil və yerli sakin Bəndəli Aftandil oğlu Qəmbərovun (1998-ci il təvəllüdlü) idarə etdiyi 99-VO-438 dövlət qeydiyyat nişanlı “KİA” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində C.Qurbanov, onun qardaşı Nicat (1990-cı il təvəllüdlü) və “Opel”in sərnişini Elçin Tair oğlu Süleymanov (1999-cu il təvəllüdlü) hadisə yerində ölüblər.
Bəndəli Qəmbərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Füzuli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. O, ilkin tibbi yardımdan sonra paytaxt klinikalarından birinə köçürülüb.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























