Skuter qəzasında xəsarət alan azyaşlıya ilkin tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıb.
Bunu Teleqraf-ın sorğusuna cavab olaraq Klinik Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd deyib.
Bildirilib ki, iyunun 17-də 2013-cü il təvəllüdlü şəxs bədənin müxtəlif yüngül xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Ona tibbi yardım göstərilib və evə buraxılıb.
***
19:30
Bakının "Dərnəgü"l metrosunun qarşısında 13 yaşlı oğlan skuter sürərkən 93 nömrəli marşrut avtobusuna çırpılıb.
Teleqraf-ın xəbərinə görə, yeniyetmənin hərəkətdə olan avtobusun qarşısına çıxması qəzaya səbəb olub.
Sürücü əyləci basa da, toqquşmanın qarşısını almaq mümkün olmayıb.
Hadisə nəticəsində skuterdə olan iki nəfərdən biri baş və qol nahiyəsindən xəsarət alıb, digəri isə qəzadan salamat çıxıb.
Qəza yerinə dərhal təcili tibbi yardım çağırılıb.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































