Nizami rayonunda “Yeni təkə bazarı”nda yanğın olub.
Bu barədə Azərbaycanpolisi.az “Report”a istinad edərək məlumat paylaşır.
“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Babək prospektində yerləşən “Yeni təkər bazarı” ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub”, – məlumatda belə qeyd edib.
Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bazar ərazisində bir-birinə bitişik tikilmiş mağazalarda baş verdiyi və havanın küləkli olması səbəbindən yayılma riskinin yüksək olduğu müəyyən olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bazar ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Məlumata görə, yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 200 kv.m. olan 3 avtomobil ehtiyat hissələrinin satışı mağazasının yanar konstruksiyaları 90 kv.m. sahədə, ümumi sahəsi 5 kv.m. olan gözətçi köşkü və yaxınlıqda yığılmış 0.1 kub.m. taxta altlıq yanıb.
Bitişik, o cümlədən bazar ərazisindəki digər obyektlər, park edilmiş avtomobillər yanğından mühafizə olunub.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək hazırda müşahidə olunan güclü küləkli hava şəraiti ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırıb.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































