Abşeron rayonunda məktəblilər digər bir məktəbliyə xəsarət yetiriblər.
Yenisabah.az xəbər verir ki, hadisə Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksi ərazisində, "Əlincə" şadlıq sarayının yanında baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Abşeron rayonu ərazisində yeniyetmələr arasında baş vermiş mübahisə ilə bağlı polis orqanlarına məlumat daxil olub. Daxil olan məlumat əsasında dərhal müvafiq araşdırmalara başlanılıb.
"Hazırda ərazi üzrə polis orqanı tərəfindən faktın bütün halları, iştirak edən şəxslərin dəqiq kimliyi, hadisənin səbəbləri və mümkün hüquqi qiymətləndirilməsi istiqamətində təhqiqat tədbirləri davam etdirilir. Uşaqlar arasında baş verən bu kimi hallarda polis həssaslıqla yanaşır və həm maarifləndirici, həm də qanunvericiliyə uyğun tədbirlər həyata keçirir".
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































